Nobel Komitəsi ABŞ prezidentinin şoularına uymamalıdır
Tramp niyə Nobel Sülh Mükafatına layiq deyil? – TƏHLİL
Ağ Ev qalmaqallı və dünyada sülhə təhlükə yaradan bədnam prezident, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürsə də, onun bu ada layiq olmadğını sübut edən faktlar göz qabağındadır.
Tramp prezidentliyi dövründə tez-tez özünü “dünyada sülh yaradan lider” kimi təqdim edir, lakin onun xarici siyasət mirası Nobel Sülh Mükafatı kriteriyalarına uyğun gəlmir. Nobel, yalnız səs-küylü diplomatik jestlərə görə deyil, davamlı və real nəticə verən sülh proseslərinə görə verilir. Tramp isə sülh ritorikasını çox vaxt daxili siyasətdə populist alət kimi istifadə edir.
Birincisi, onun Şimali Koreya ilə danışıqları mediada böyük şou effekti yaratsa da, heç bir nəticə gətirmədi.
İkincisi, Yaxın Şərqdə balanssız siyasət izlədi. Terrorizmə qarşı mübarizə qəhrəmanı iranlı sərkərdə şəhid Qasim Süleymaniyə qarşı dövlət terroru həyata keçirməklə terrorizmə və İŞİD kimi təkfirçi qruplaşmalara nəfəslik verdi. ABŞ səfirliyini Qüdsə köçürməsi Fələstin-İsrail münaqişəsini daha da dərinləşdirdi, son aylarda isə vampir İsrail rejiminin Qəzzədə törətdiyi soyqırımının rəsmən ortağı oldu.
Üçüncüsü, Tramp mövcud beynəlxalq sülh sazişlərini dağıtdı. İranla nüvə razılaşmasından birtərəfli çıxması regionu yeni toqquşma riski ilə üz-üzə qoydu və bu yaxınlarda həm sionist rejimin İrana qarşı hərbi təcavüzünü dəstəklədi, həm də İranın nüvə obyektlərinin bombalanmasına əmr verdi.
Dördüncüsü, onun dırnaqarası “sülh vasitəçiliyi” çox vaxt neytrallıqdan uzaq olub və tərəflərdən birinə açıq meyllilik nümayiş etdirməsi beynəlxalq diplomatiya etikasına uyğun deyil.
Bu baxımdan Trampın siyasi mirası sülh yox, qeyri-sabitlik və parçalanma ilə yadda qalacaq.