Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü:
Dəstəkləyənlər arasında İlham Əliyev də var
Ağ Ev administrasiyası Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Bu məlumata əsasən, rəsmi açıqlamada bildirilir ki, ABŞ prezidentinə dəstək ifadə edən xarici liderlərin arasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da adları var.
Bundan əlavə Ruanda, Qabon və Kamboca kimi cırtdan ölkələrin də Trampı dəstəklədikləri qeyd olunur.
Maraqlıdır ki, dəstəkçilər siyahısına əliqanlı və uşaq qatili kimi məşhurlaşan Benyamin Netanyahunun da adı salınıb.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 8-də Ağ Evdə olarkən Trampa təriflər yağdıraraq bunları demişdi: “Donald Tramp Nobel mükafatına layiqdir. O, qısa müddət ərzində uzun danışıqlar prosesini başa çatdıra bildi. Biz Ermənistanın baş naziri ilə birlikdə məktub yazıb Nobel Komitəsinə müraciət edə bilərik”.