Avq 24, 2025 11:40 Asia/Baku
  • Avstraliyada Fələstin hamilərinin ən iri aksiyası keçirilib

Qəzzədə qıtlığın elan olunmasının ardınca, Avstraliya, Fələstinə dəstək istiqamətində öz tarixinin ən iri aksiyasının şahidi olub. Beş yüz min nəfər bu ölkənin müxtəlif şəhərlərində sionist rejimi boykot etməyə və həmin rejimlə silah ticarətinə son qoymağa çağırıb.

Bütün Avstraliyada Fələstin hamilərindən minlərlə nəfər Qəzzədə qıtlığın elan olunmasından sonra aksiya keçirmək üçün küçələrə çıxıb.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, Brisben şəhəri bu şəhər tarixində Fələstinə dəstək üzrə ən iri aksiyanın şahidi olub.

Eyni zamanda, Fələstin hamilərindən minlərlə nəfər Avstraliya boyu Fələstin amalını himayə istiqamətində yürüş keçirib. Yürüş Qəzzədə qıtlığın ilk dəfə elan olunmasından bir neçə gün sonra keçirilib.

Yürüş iştirakçıları sionist rejimi boykot etməyə və bu rejimlə silah ticarətinə son qoymağa çağırıblar.