Zelenski Putinlə danışıqlara hazırdır
Ukrayna prezidenti Rusiya prezidentilə şəxsi görüşdə onunla bu ölkə ərazilərinin aidiyyəti məsələsini nəzərdən keçirməyə hazırdır.
Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitiya bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşdə onunla bu ölkə ərazilərinin aidiyyəti məsələsini nəzərdən keçirməyə hazırdır.
O, dünən gecə NBC telekanalı ilə müsahibədə belə deyib: Biz ərazi problemləri barədə söhbət edərkən məncə, prezident Zelenski aydın şəkildə göstərdi ki, Putinlə oturub, bu haqda danışmağa hazırıdır və ərazi məsələləri barədə müzakirələrin başlanğıc nöqtəsi, döyüş cəbhəsindəki hazırkı təmas xəttidir.
Bununla belə, Kislitiya qeyd edib ki, Ukraynanın ictimai rəyi qəti şəkildə ərazi məsələlərində hər hansı imtiyazvermə ilə müxalifdir.
Ukrayna prezidenti Vladimir Zelenski dünən “bayraq günü” münasibətilə keçirilən mərasimdə bildirdi ki, ölkəsi öz ərazisini bir kəsə bağışlamaq niyyətində deyil. Əlbəttə, o, müəyyən etmədi ki, görəsən onu, ayrı formada, məsələn, bir şey qarşılığında verməyə hazırdır, yoxsa yox. Hərçənd o, bundan əvvəl hər cür ərazivermə seçimini rədd etmişdi.
Zelenski Ukrayna silahlı qüvvələrinin nəzarətindən çıxmış və hazırda Rusiya hərbçilərinin ixtiyarında olan bölgələr barədə belə deyib: Biz öz əraizərimizi bir kəsə bağışlamayacağıq