Avq 23, 2025 11:56 Asia/Baku
  • Con Bolton Ağ Evi necə aldatdı? - TƏHLİL

Amerika Birləşmiş Ştatlarının keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltona qarşı ağır ittiham irəli sürülüb, onu 20 il həbs cəzası gözləyir.

Federal Təhqiqat Bürosu FBI-ın əməkdaşları avqustun 22-də ABŞ-ın sabiq Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun evində və Vaşinqtondakı ofisində əməliyyat keçirib. Bu əməliyyat, onun məxfi sənədlərlə bağlı qanun pozuntusu, yəni sinifləşdirilmiş məlumatları qeyri-qanuni şəkildə saxlaması və ya yayması ilə əlaqədar aparılan istintaq çərçivəsində həyata keçirilib.

Hazırda istintaqın siyasi motivli olub-olmaması müzakirə mövzusudur. Tənqidçilər bu əməliyyatın Trump-ın rəqiblərinə qarşı qisas kampaniyasının bir hissəsi olduğunu iddia edirlər.

Con Bolton 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Bu arada onun uzun illərdir “Münafiqlər” adlanan Xalq Mücahidləri Təşkilatı ilə yaxın münasibətdə olması, onların tədbirlərində açıq şəkildə çıxış etməsi və böyük məbləğlərdə maliyyə dəstəyi alması barədə çoxsaylı faktlar mövcuddur. İddialara görə, Mayk Pompeo da bu prosesdə iştirak edib.

Məqsəd münafiqlərə ABŞ siyasi sistemində legitimlik qazanmaq olub. Bolton və Pompeo bu məqsədlə münafiqlər qaragüruhunun təbliğatını yüksək səviyyəli siyasi dairələrə çatdıran kanala çevrilmişdilər.

Onların vasitəsilə ABŞ-ın kəşfiyyat və təhlükəsizlik strukturlarına İran hakimiyyətinin guya zəifliyi, daxildə çökmək üzrə olması və qaragüruhun guya İranda geniş sosial bazaya malik olması kimi saxta məlumatlar aşılanırdı.

Sözü gedən təhlillər təbii ki obyektiv faktlara deyil, siyasi manipulyasiyalara əsaslandığı üçün ABŞ-ın qərarvermə sistemində ciddi yanlış yönləndirmələrə səbəb olmuşdur.

Donald Tramp hazırda Bolton və Pompeoya qarşı xüsusi qəzəb nümayiş etdirir. Çünki məhz onların təqdim etdiyi saxta və ya qərəzli təhlillər ABŞ-ı yanlış siyasətə sürükləyib. Tramp bunu öz administrasiyasına qarşı həm sabotaj, həm də ağır siyasi miras kimi qiymətləndirir.

Beləliklə də hazırda Boltona qarşı aparılan hüquqi-siyasi təzyiqlər yalnız məxfi sənədlər məsələsi deyil, həm də bu siyasi mirasın hesabı kimi görünür.