Okt 19, 2025 14:37 Asia/Baku
  • Amerikada «Monarxiyaya yox!» adlı ümumölkə aksiyasında yeddi milyona yaxın etirazçı iştirak edib

Amerikada bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq keçirilən ümumölkə aksiyasında yeddi milyona yaxın etirazçı iştirak edib.

«Monarxiyaya yox!» adı altında keçirilən aksiyanın təşkilatçıları bildiriblər ki: Amerika tarixində ən iri birgünlük ümumölkə aksiyasında iyun ayındakı aksiyada iştirak edənlərdən iki milyon nəfərdən çox etirazçı iştirak edib. Onlar ölkənin 2700-dən çox şəhər və rayonunda «Monarxiyaya yox!» adlı dinc yürüşə qatılıblar. Yürüş iştirakçıları avtoritarizmə qarşı çıxmaq üçün bir-birillərinin kənarında durub və vurğulayıblar ki, bu xalq krallara deyil, öz insanlarına aiddir.

«Monarxiyaya yox!» adı altındakı öncəki etirazlar Trampın təvəllüd günü və Vaşinqtonda hərbi paradın keçirildiyi gün olan iyiunun on dördündə keçirilib. Amerika şəhərlərində azı 2100 etiraz aksiyası təşkil olunub. Bu aksiya-yürüşlərdə təqribən beş milyon nəfər iştirak edib.

Amerika federal hökumətinin siyasi çıxılmazlıq səbəbindən üçüncü həftə ard-arda şatdaun vəziyyətində olduğu bir halda, milyonlarla etirazçı yerli vaxtla şənbə günü, ölkə boyu küçələrə çıxıb. Onlar «Monarxiyaya yox!» gününü demokratiyanın zəiflədilməsi, miqrantlara divan tutulması və güc təmərküzləşməsi əleyhinə etiraz simvoluna çeviriblər.