Noy 09, 2025 15:59 Asia/Baku
  • Hökumətin tətilindən sonra Amerika boyu iki mindən çox uçuş ləğv edilib

Amerikada hava hərəkətinə nəzarət mərkəzlərində işçi çatışmazlığı, üstəlik, bu ölkənin qırx iri hava limanında uçuşların dörd faiz azalması, iki mindən çox hava reysinin ləğv edilməsinə səbəb olub.

Hava reyslərinin ləğv edilməsi, təqribən iki ay bundan öncə hökumətin tətil olmasının başlandığı zamandan bəri, Amerikanın hava səfərlərində ən yeni və ehtimal üzrə ən böyük pozuntudur.

Federal aviasiya idarəsi tərəfindən icbar edilən hava reyslərinin azaldılması, cari həftədə dörd faizdən başlanıb və bu azalma, noyabrın on dördünədək on faizədək artmalıdır.

“FlightAware” mərkəzi xəbər veribdir ki, “SkyWest”, “Southwest” və “Envoy Air” aviasiya şirkətləri daha çox uçuş ləğvinin şahidi olublar. Belə bir halda, “United”, “Delta” və “American Airlines” hava şirkətləri uzun təxirləri təcrübə ediblər.

Amerikanın nəqliyyat naziri Şan Dafi xəbərdarlıq edibdir ki, hökumətin “şatdaun” vəziyyətinin davam edəcəyi təqdirdə, bu uçuş azalmaları iyirmi faizə çata bilər.

Dafi, “Fox Nyus”la müsahibədə, “şatdaun”u, işçi çatışmazlığının şiddətlənməsi amili adlandırıb və belə deyib: Bizim əsl problemimiz budur ki, hava hərəkətinə nəzarət bölməsində işçilərimizə əmək haqqı ödənilmir və onlar gözətçi qüllərinə getməməyə və öz gündəlik işlərini yerinə yetirməməyə, əvəzində isə, ofisiant və ya taksi sürücüsü kimi ikinci peşə ardınca getməyə məcburdurlar.

Oktyabrın birindən başlanan Amerika hökumətinin tətil olması, başqa sözlə, şatdaun, federal işçilərin, o sıradan, hava trafiki bölməsinin işçiləri və nəqliyyat təhlükəsizliyi idarəsi zabitlərinin maaşlarının ödənişini dayandırıb və onlar əmək haqqı almadan işləyirlər.