ABŞ dövlət katibi, Türkiyə və Suriya xarici işlər nazirlərinin üçtərəfli iclası keçirilib
Amerikanın dövlət katibi, Türkiyə və Suriyanın xarici işlər nazirləri keçirdikləri iclasda, ABŞ prezidenti və Suriyanın müvəqqəti hökumət başçısı arasında əldə olunan razılaşmaların icra yollarını araşdırıblar.
ABŞ dövlət katibi Marko Rubio, həmçinin Türkiyə və Suriyanın xarici işlər nazirləri Hakan Fidan və Əsəəd Əşşeybani/ Suriyanın müvəqqəti hökumətinin başçısı “Əbu-Məhəmməd Culani” ləqəbli Əhməd Əşşərə-nin Donald Trampla görüşündən sonra, sözügedən görüşdə qaldırılan əsas məsələlərin həyata keçirilməsi barədə söhbət ediblər.
Suriyanın müvəqqəti hökuməti ilə Suriya Demoktratik Qüvvələri- SDQ adlandırılan qurum arasındakı razılaşmanın icrası, Dəməşqlə Təl-Əviv arasında təhlükəsizlik razılaşması və Suriyaya qarşı sanksiyaların ləğvi, bu üçtərəfli iclasda,/ barələrində məşvərət və söhbət edilən hallar olubdur.
Tramp yerli vaxtla, bazar ertəsi günü Suriyanın müvəqqəti hökumətinin başçısı ilə görüşüb.
Yayılan videoya əsasən, Əşşərə, ABŞ prezidentinin Ağ Ev-də müxtəlif ölkələrin başçılarını qarşılaması üzrə adi protokolun əksinə olaraq, Ağ Ev-in dal qapısından Donald Trampın otağına daxil olub.
Bir Ağ Ev rəsmisi Röyters ilə müsahibədə bildiribdir ki, Tramp-Əşşərə görüşü jurnalistlərin iştirakı olmadan başlanıb.
İnformasiya mənbələri həmçinin bildiriblər ki, Əşşərə bu görüşdən sonra, Trampla heç bir birgə mətbuat konfransı keçirilmədən, Ağ Ev-i tərk edib.