Amerikada sosial şəbəkə istifadəçiləri:
Trampa ikinci şans verməyəcəyik
Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində ABŞ vitse-prezidenti Cey Di Vens siyasi fikir ayrılıqlarına baxmayaraq, amerikalıları yenidən respublikaçılara səs verməyə çağırıb.
Onun bu çağırışı ABŞ-də sosial şəbəkə istifadəçiləri və siyası şərhçilərin tənqidi reaksiyasına səbəb olub.Tənqidçilər Vensin "ikinci şans" çağırışını istehza ilə qarşılayaraq qeyd ediblər ki, onun bu çağırışı, Tramp administrasiyasının İrana qarşı müharibə, inflyasiya, enerji qiymətləri və yaşayış xərcləri ilə bağlı tənqidlərlə üzləşdiyi bir şəraitdə səsləndirilir. Bəzi istifadəçilər bildiriblər ki, Tramp administrasiyasının iqtisadi sahədə fəaliyyəti və ABŞ-nin müharibəyə girməsi onları respublikaçıların Konqres üzərində nəzarətinin davam etməsinə qarşı çıxmağa sövq edib.