İrana qarşı müharibədə yaralanan ABŞ hərbçilərinin sayı 861-ə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i423268-İrana_qarşı_müharibədə_yaralanan_abŞ_hərbçilərinin_sayı_861_ə_çatıb
Pentaqonun rəsmi hesabatları İran İslam Respublikası ilə qarşıdurmada ABŞ hərbçilərinin itkilərinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
(last modified 2026-09-26T12:31:40+00:00 )
Sen 26, 2026 16:26 Asia/Baku
  • İrana qarşı müharibədə yaralanan ABŞ hərbçilərinin sayı 861-ə çatıb

Pentaqonun rəsmi hesabatları İran İslam Respublikası ilə qarşıdurmada ABŞ hərbçilərinin itkilərinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

"Washington Post" Pentaqondakı rəsmi mənbələrə istinadən bu dərc etdiyi hesabatda ABŞ hərbçiləri arasındakı itkilərə dair statistik məlumatların yeniləndiyini bildirib. Hesabata əsasən, ABŞ qüvvələri arasında 37 yeni yaralanma halının qeydə alınması ilə, İranla son gərginliklər və toqquşmalar zamanı xəsarət alan hərbçilərin ümumi sayı 861 nəfərə çatıb.Dərc olunmuş təfərrüatlar göstərir ki, yeni siyahıda 29 dənizçi və 8 dəniz piyadasının adı yer alıb. Bununla belə Pentaqon daxili təzyiqlərin qarşısını almaq məqsədilə məlumatları gizlətmək və ictimai rəyi idarə etmək üzrə standart təcrübəsinə uyğun olaraq, bu yaralanmaların "necə" və ya "harada" baş verdiyinə dair ətraflı məlumat açıqlamaqdan çəkinib. Bu statistik məlumatlar ətrafındakı media sükutu, İranın çəkindirici gücü qarşısında ABŞ-nin əməliyyat imkanlarına dəyən zərbələrin nə dərəcədə geniş olduğunu göstərir.