Bağdad məhdudiyyətlərin aradan qaldırılması üçün ABŞ ilə danışıqlar aparır
https://azeri.sahartv.ir/news/dünya-i423286-bağdad_məhdudiyyətlərin_aradan_qaldırılması_üçün_abŞ_ilə_danışıqlar_aparır
İraqın Bəsrə və Bağdad şəhərlərində İrana uçuş qadağası ilə bağlı etiraz aksiyaları keçirilib.
(last modified 2026-09-27T12:36:55+00:00 )
Sen 27, 2026 16:32 Asia/Baku
  •  Bağdad məhdudiyyətlərin aradan qaldırılması üçün ABŞ ilə danışıqlar aparır

İraqın Bəsrə və Bağdad şəhərlərində İrana uçuş qadağası ilə bağlı etiraz aksiyaları keçirilib.

İraqda adi vətəndaşlardan tutmuş, din alimləri, siyasətçilər və müqavimət qruplarının nümayəndələrinə qədər xalqın müxtəlif təbəqələri Bağdadın İran uçuşlarının dayandırılması qərarına etiraz ediblər.Ayətullah Müdərrisinin ofisi, “Kətaib Seyyidüş-Şühəda”, “Bəsair” Hərəkatı, Bəsrə Nümayəndələr Məclisi, İraq parlamentinin birinci vitse-spikeri, Qeys əl-Xəzəli və Hadi əl-Amiri hökumətin İran reyslərinin dayandırılmasına qoşulması qərarına etiraz olaraq, mövqe bildiriblər.Bu qərara əsas reaksiyalardan biri hava limanlarında etiraz aksiyalarının keçirilməsi ilə bağlı təhdid olub. Bağdadın Təhrir meydanında toplaşan insanlar da “Mühasirəyə yox!” şüarı səsləndirərək etirazlarını bildiriblər.Bəsrə və Bağdad sakinləri də kütləvi aksiyalar keçirərək İraqla İran arasında uçuşlara qoyulan məhdudiyyətləri pisləyiblər. Aksiyaların təşkilatçıları son addımların ABŞ-nin hədələri və İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla eyni istiqamətdə olduğunu bildirərək, İraq hökumətindən bu qərarlara qarşı çıxmasını tələb ediblər.Bəsrə parlamentinin deputatları, parlamentin fövqəladə iclasının keçirilməsi üçün imza toplama prosesinə başladıqlarını elan ediblər və İraqın baş nazirinin, nəqliyyat nazirinin və Mülki Aviasiya Təşkilatının rəhbərinin iclasda iştirakını tələb ediblər.İraqın Bədr Təşkilatının baş katibi Hadi əl-Amiri deyib: “ABŞ-nin İrana qarşı tətbiq etdiyi ədalətsiz mühasirəni, xüsusilə də hava səfərləri sahəsində son məhdudiyyətləri qətiyyətlə rədd edirik və pisləyirik.”O əlavə edib: “İraq hökumətindən bu ədalətsiz qərara tabe olmamasını tələb edirik”.İraqın keçmiş baş naziri Adil Əbdül Mehdi də İraqın hava limanlarının İran reyslərinə bağlanmasını “böyük səhv” və milli suverenlikdən geri çəkilmə kimi qiymətləndirib. O bildirib ki, bu addım İraqın milli maraqlarını və gələcəyini qurban vermək deməkdir.Bundan əvvəl İraqın “Nücəba” Hərəkatının baş katibi də problemin həll olunmayacağı təqdirdə İraq xalqını, mökib sahiblərini və zəvvarlara xidmət göstərən şəxsləri ölkənin hava limanlarında oturaq aksiya keçirməyə çağıracağını açıqlamışdı.