Moqerini: Yəmən böhranı yalnız siyasi həll yoluna malikdir
May 25, 2015 10:56 Asia/Baku
Avropa Birliyinin xarici siyasət koordinatoru deyib ki, təkcə siyasi həll yolu Yəmənə sabitliyi qaytara bilər.
Fars xəbər agentliyinin məlumatına görə, Federika Moqerini Qətərin Doha şəhərində Avropa Birliyi və Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə iclasında Cenevrədə Yəmən haqda 28 may konfansıının keçirilməsini rəğbətlə qarşılayaraq, deyib: Bütün yəmənli tərəflər Cenevrə iclasında iştirakı özünə borc bilib, xoşməramlılıqla bu iclasda iştirak etməlidirlər.Moqerini Suriya barədə də deyibdir ki, Avropa Birliyi BMT-nin Suriyadakı xüsusin nümayəndəsi Di Misturanın səylərini dəstəkləyir və ümidvardır ki, keçirilməkdə olan ikitərəfli Cenevrə məşvərətləri Suriyada əhatəli siyasi proseslə nəticələnəcək.
Avropa Birliyinin xarici siyasət koordinatoru həmçinin İran ilə altılıq arasındakı nüvə müzakirələri barədə deyib ki, onun nəzərincə, iyunun sonunda iki tərəf arasında yekun nüvə razılaşması mümkündür.