Ənsarullah hərəkatı Yəmənlə bağlı Omanda iclasın keçirilməsini müsbət qarşılayıb
May 29, 2015 06:40 Asia/Baku
-
Ənsarullah hərəkatı Yəmənlə bağlı Omanda iclasın keçirilməsini müsbət qarşılayıb
Yəmənin Ənsarullah xalq hərəkatı bu ölkə böhranı ilə bağlı məsələlərin Oman iclasında araşdırılacağından xəbər verib.
Beynəlxalq Səhər Kanalının Yəmənin əl-Məsirə informasiya portalına istinadla verdiyi məlumata görə, Ənsarullah xalq hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam cümə axşamı deyib: Oman iclasında Yəmən böhranı və Yəmənə xarici təcavüzlərlə bağlı bir çox məsələ həmçinin, böhranın həlli üçün təklif edilən həll yolları bir çox beynəlxalq tərəfin və region ölkələrinin iştirakı və Omanın nəzarəti ilə araşdırılacaq.Məhəmməd Əbdüssəlam əlavə edib: Oman rəsmiləri daim Yəmənin Ənsarullah xalq hərəkatının nümayəndələri ilə görüşlərdə Yəməndə sülh və sabitliyin bərqərar edilməsi və bu ölkə böhranının sülh yolu ilə həllini himayə ediblər.
Bundan öncə məlumatlı bir mənbə Oman kralı Sultan Qabus bin Səidin Yəmən böhranının həlli üçün vasitəçilik edəcəyindən xəbər vermişdi. Omanın təklifinə əsasən ilk öncə atəşkəs bərqərar edilməli daha sonra isə yəmənli qruplar arasında böhranın həlli ilə bağlı danışıqlara start verilməlidir. Həmçinin, Yəmənin siyasi qrupları və Ənsarullah Xalq Hərəkatı Yəmən böhranının həlli üçün Məsqətin yəmənli-yəmənli iclasının keçirilməsinə vasitəçilik etməsini müsbət qarşılayaraq, bu iclasda iştiraka hazır olduqlarını bildiriblər.
Ənsarullah Hərəkatı və Oman rəsmiləri qarşılıqlı olaraq Səna və Məsqətdə görüşüb, danışıqlar aparıblar.
Teqlər