May 30, 2015 19:14 Asia/Baku
  • Əl-İbadi: Rəmadi şəhəri bir neçə günə qədər azad ediləcək
    Əl-İbadi: Rəmadi şəhəri bir neçə günə qədər azad ediləcək

İraqın baş naziri ABŞ-ın müdafiə nazirinin son sözlərini təəccüblə qarşılayaraq, Rəmadi şəhərinin bir neçə günə qədər azad ediləcəyini bildirib.

Beynəlxalq Səhər Kanalının Əl-Aləm informasiya kanalına istinadla verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi ABŞ müdafiə nazirinin İraq ordusunun İŞİD ilə mübarizədə qətiyyətli olmaması barədə söylədiklərindən heyrətləndiyini bildirib və deyib: Rəmadi şəhəri bir neçə günə qədər tamamilə İŞİD-in işğalından azad ediləcək.
Əl-İbadi əlavə edib: Karterin bu sözləri onun İraq ordusunun qüdrəti ilə bağlı yanlış bilgilərə malik olmasından qaynaqlanır.
ABŞ müdafiə naziri Karter Eşton Rəmadi şəhərinin süqut etməsinin ardınca İraq ordusunu tənqid etmişdi.

Teqlər