İsrail: Nüvə anlaşması əldə olunarsa, ABŞ ilə əlaqələrimizi kəsəcəyik
May 31, 2015 13:04 Asia/Baku
İsrail rejiminin Vaşinqtondakı səfiri ABŞ hökumətini hədələyərək, deyib: İran və Amerika arasında nüvə anlaşması əldə olunarsa, Təl-Əviv Vaşinqton ilə əlaqələrini kəsəcək.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, işğal olunmuş Fələstində nəşr olunan Haaretz qəzeti Ran Dermerə istinadla yazır: İsrail İranın nüvə qüdrətinə çevrilməsinə mane olmaq üçün hər şeyə, hətta Amerika ilə əlaqələrini kəsməyə belə hazırdır.Bu sionist diplomat həmçinin deyib: Hələ ki, müzakirələrin nəticəsinə nüfuz etmək üçün başqa bir yol yoxdur.
Sionist rejim, Ərəbistan başda olmaqla Fars Körfəzinin ətrafında yerləşən ərəb ölkələri və Amerikadakı sionist lobbisi İran ilə 5+1 qrupu arasında nüvə anlaşmasının əldə olunmasına qarşı çıxırlar.