May 31, 2015 18:52 Asia/Baku
  • Türkiyə polisi İstanbulun Taksim meydanını bağladı
    Türkiyə polisi İstanbulun Taksim meydanını bağladı

Türkiyə polisi bu gün, Gəzi olaylarının 2-ci ildönümündə Taksim meydanını və bu meydana çıxan xiyabanları bağlayıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Türkiyə polisi iki il öncə Gəzi Parkında hökumət əleyhinə keçirilən etiraz aksiyalarının ildönümündə Taksim meydanı və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. Türkiyənin anti-üsyan polisi su şırnaqları və zirehli avtomobillərdən istifadə edərək, istənilən etiraz aksiyasını yatırtmaq üçün tam hazır vəziyyətə gətirilib.
31 may 2013-cü il tarixində Türkiyə hökumətinin Gəzi Parkında yenidənqurma işləri adı altında ağacları kəsməyə cəhd göstərməsinin ardınca hökumət əleyhinə geniş etirazlar formalaşdı. Bu etiraz aksiyaları polis tərəfindən həddən artıq gücün tətbiq edilməsi ilə ölkə səviyyəsinə yayılmış oldu. Gəzi Parkı olayları hakim Ədalət və İnkişaf Partiyası üçün hakimiyyətdə olduğu dövrün ən ciddi probleminə çevrilmişdi.

Teqlər