İyun 02, 2015 08:40 Asia/Baku
  • Amerika vətəndaşlarının dinlənilməsi davam edir
    Amerika vətəndaşlarının dinlənilməsi davam edir

Amerika Senatında respublikaçıların rəhbəri Miç Makkanal bildirib: Senat bu gün bir qanunun ilkin mətninin səsverməyə çıxaracaq. Bu isə ABŞ Milli Təhlükəsizlik Agentliyinə müvəqqəti olaraq Amerika vətəndaşlarının telefon danışıqlarını qeydə almaq icazəsi verəcək.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ötən gün bu agentlik terrorizmlə mübarizə qanununun 215-ci fəslinə riayət etmək müddətinin başa çatmasına əsasən danışıqların qeydə alınmasını dayandırdı. Bu qanunun ilkin mətni telefon danışıqlarının qeydə alınmasını 6 ay müddətinə uzadır və operator şirkətlər bu danışıqları qeydə almağı öz üzərinə götürəcəklər.
ABŞ-ın Azadlıq Aktı təhlükəsizlik qurumlarının bu məlumatlardan istifadəsinə hüquqi nəzarəti artırır. Bu akt Ağ Ev və Amerikanın böyük informasiya və internet şirkətləri və qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənir. Çünki şəxsi həyatı müdafiə edir və elektronika nəzarətinə qarşıdır.

Teqlər