Cümhuriyyət qəzetinin müdiri Ərdoğanın hədəsinə cavab verdi
https://azeri.sahartv.ir/news/dünya-i194459-cümhuriyyət_qəzetinin_müdiri_Ərdoğanın_hədəsinə_cavab_verdi
Cümhuriyyət qəzetinin məsul müdiri Can Dondar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhdidinə cavab verib. Ərdoğan deyib ki, Can Dondar Türkiyənin Suriya sərhədində hərbi köməklərini aparan yük maşınlarının şəkillərini dərc etdiyinə görə ağır bədəl ödəyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2015 09:57 Asia/Baku
  • Cümhuriyyət qəzetinin müdiri Ərdoğanın hədəsinə cavab verdi
    Cümhuriyyət qəzetinin müdiri Ərdoğanın hədəsinə cavab verdi

Cümhuriyyət qəzetinin məsul müdiri Can Dondar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhdidinə cavab verib. Ərdoğan deyib ki, Can Dondar Türkiyənin Suriya sərhədində hərbi köməklərini aparan yük maşınlarının şəkillərini dərc etdiyinə görə ağır bədəl ödəyəcək.

Səhər Beynəlxalq Televiziyasının Türkiyənin Bu Gün qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Cümhuriyyət qəzetinin məsul müdiri Can Dondar Twitterdə öz şəxsi səhifəsində yazıb: Bu cinayəti törədən şəxs ağır bədəl ödəyəcək. Biz onu rahat buraxmayacağıq.
Cümhuriyyət qəzeti ötən cümə günü öz internet portalında Türkiyənin təhlükəsizlik qurumunun yük maşınlarının şəkillərini yayımlayıb. Bu yük maşınları Suriyaya silah və sursat aparırmışlar. Bu şəkillər 2014-cü ilin yanvar ayına aiddir. Adana jandarması və prokurorluq məmurları yük maşınlarını yoxlayarkən dərman qutularında silah-sursat aşkarlayıblar.