Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin Avropa Parlamentinə girişi məhdudlaşdırılıb
https://azeri.sahartv.ir/news/dünya-i194475-rusiyanın_aİ_dəki_daimi_nümayəndəsinin_avropa_parlamentinə_girişi_məhdudlaşdırılıb_
Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 04:11 Asia/Baku
  • Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin Avropa Parlamentinə girişi məhdudlaşdırılıb
    Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin Avropa Parlamentinə girişi məhdudlaşdırılıb

Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şultsun mətbuat xidməti məlumat yayıb.

“Avropa Parlamenti səfirin və digər konkret diplomatın assambleyaya azad girişini məhdudlaşdırır”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, Almaniya hökuməti bundan əvvəl 8 vətəndaşının Moskvanın “qara siyahısı”na daxil edilməsi ilə bağlı Rusiyadan izahat tələb edib.