Blater FİFA sədrliyindən istefa verib
İyun 03, 2015 10:06 Asia/Baku
FİFA-nın 6 baş üzvünün həbsindən sonra kənara çəkilmək üçün böyük təzyiqə məruz edilmiş FİFA sədri istefa verib.
Təsnim xəbər agentliyinin məlumatına görə, FİFA sədri Seb Blater İsveçrənin Sürix şəhərində keçirilən mətbuat konfransında öz istefa xəbərini verib və FİFA-nın yeni sədrinin seçilməsi üçün yeni yığıncağın keçirilməsini istəyib.Cümə günü FİFA seçkilərinin ikinci dövrə çəkilməsinin ardınca iordaniyalı Əli bin Huseyn namizədliyini geri götürüb və beləliklə, Seb Blater bir daha FİFA-nın sədri seçilib.
Birinci dövrdə Seb Blater 133, Əli bin Husəyn isə 73 səs əldə etmişdilər.
Toplanmış 209 səsdən 206-sı qəbul olunaraq, sayıldı və beləliklə Blater rəqibi üzərindəki üstünlüyə rəğmən, səslərin üçdə ikisini əldə edə bilmədiyi üçün seçkilər ikinci dövrə uzandı. Sonda Bin Huseynin namizədliyini geri götürməsi ilə Blater FİFA sədri olaraq qaldı.