Səudiyyə qırıcılarının hücumunda 42 şəhid və yaralı
İyun 03, 2015 12:55 Asia/Baku
-
Səudiyyə qırıcılarının hücumunda 42 şəhid və yaralı
Səudiyyə qırıcılarının Yəmənin Səna, Təəz və Səədə vilayətlərinə qarşı hücumlarında 42 nəfər şəhid olub və ya yaralanıb.
IRIB-nin Əlməyadin-ə istinadlı məlumatına görə, Səudiyyə qırıcılarının Səədə vilayətindəki Əlcəmidə və Əlnəşur məntəqələrinə qarşı hücumlarında 13 nəfər şəhid olub, on nəfər də yaralanıbdır.Səudiyyə qırıcılarının Təəz şəhərinə qarşı hücumlarında da beş nəfər şəhid olub.
Əlməyadin həmçinin Yəmənin paytaxtı Sənanın Həmdan və Əltəhrir məntəqələrinə qarşı hücumlarda səkkiz nəfərin şəhadəti və altı nəfərin yaralanmasından xəbər verib.
Digər xəbərə görə, yəmənli təhlükəsizlik qüvvələri Əlmənsurə liman şəhəri və Məarəb şəhərinin məhəllələrindən bir neçəsini terrorçu Əlqaidə qruplaşması üzvlərinin əlindən azad edib və Şəbuh vilayətinin əksər hissəsi də İŞİD terrorçularından təmizlənibdir.
Teqlər