Ərdoğan Diyarbəkir partlayışına reaksiya verdi
İyun 06, 2015 09:53 Asia/Baku
-
Ərdoğan Diyarbəkir partlayışına reaksiya verdi
Türkiyə prezidenti bu ölkədəki partlayışı pisləyib.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Diyarbəkir şəhərindəki partlayışı bu həftə bazar günü keçiriləcək parlament seçkilərindən öncə sülh və stabilliyi sual altına almaq üçün planlaşdırılmış fitnə adlandırıb.Ərdoğan verdiyi bəyanatda bu partlayışın baş verməsindən təəssüflənərək, həlak olanların ailələri, yaxınları və yaralıların dərdinə şərik çıxıb və bildirib: Türkiyə rəsmiləri bu terror aktı törədənləri tapmaq üçün araşdırmaya başlayıblar.
Bu məlumata görə, cümə günü kürdsakinli Diyarbəkir şəhərində HDP-nin seçki ilə əlaqədar toplantısında 2 partlayış baş verib. Nəticədə 4 nəfər həlak olub, 175 nəfər də yaralanıb.
Türkiyə kürdləri və solçuların dəstəyinə malik Xalqların Demokratik Partiyası bazargünkü seçkilərində 10%-lik minimum səsi əldə edə biləcəyinə ümidvardır.