İyun 06, 2015 10:05 Asia/Baku
  • Zərif: Region ölkələri terrorizmlə müharibədə iştirak etməlidirlər
    Zərif: Region ölkələri terrorizmlə müharibədə iştirak etməlidirlər

İran xarici işlər naziri deyib: Yaxın Şərq regionunun bütün ölkələri terrorizmlə müharibədə iştirak etməlidirlər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rossiya 24 telekanalı ilə müsahibədə əlavə edib: Bütün region ölkəlkəri terrorizm və radikallıqla döyüşməli və vəziyyətin stabilləşməsi və sülhün bərqərar olunmasına kömək etməlidirlər.
"İranın terrorizmlə mübarizədə dəyişməz mövqeyi vardır və bu prinsipə inanır ki, region ölkələrinin xalqları öz müqəddəratları barəsində özləri qərar verməlidirlər" -deyə Zərif əlavə edib.
Region məsələlərinin dinc yollarla həll edilməsini vurğulayan İran xarici işlər naziri deyib: Bölgədə istənilən hərbi fəaliyyət yalnız vəziyyəti daha da ağırlaşdırır və terrorizmlə müharibəyə kömək etmir.
İranın diplomatiya idarəsinin başçısı bildirib: Region ölkələri toqquşmanın bir hissəsi olmaq yerinə, problemlərin həllinə kömək etməlidirlər.
Zərif həmçinin bəzi ölkələrin terrorizmlə müharibədə ikili siyasətləri və öz siyasi məqsədlərini əldə etmək üçün İŞİD ifratçılarından istifadəyə çalışmaları barədə xəbərdarlıq edib.
İran xarici işlər naziri müsahibəsinin davamında bildirib ki, Rusiya xarici işlər naziri ilə görüşdə enerji və bank kimi sektorlarda Tehran və Moskvanın əməkdaşlıqlarının inkişafı barədə anlaşma əldə olunub.
Məhəmməd Cavad Zərif Rossiya 24 xəbər telekanalına müsahibəsində xatırladıb ki, rus həmkarı Sergey Lavrovla görüşdə İran və Rusiyanın əməkdaşlıqlarının genişlənməsi barəsində razılığa gəliblər.
Zərif həmçinin İranın nüvə proqramı ilə əlaqədar müzakirələr barəsində deyib: Nüvə proqramına yenidən baxış üzrə istənilən səy məğlubiyyətə məhkumdur.
Zərif Lozanna anlaşması barədə ona sadiq qalmağı vurğulayıb və deyib: Hamı bu məsələni dərk etməlidir ki, yalnız bu anlaşma çərçivəsində yekun anlaşmanı əldə etmək olar.
İran xarici işlər naziri söyləyib: İranın iki dost ölkə- Rusiya və Çinin köməyi ilə nüvə müzakirələrinin sona çatması və uğur əldə etməsini istəyirik.
Zərif digər ölkələrin enerjisinin təmin olunması və bu sahədə Rusiya və digər ölkələrlə əməkdaşlıq etməkdə İranın maraqlı olduğunu bildirib.
"İran və Rusiya əsas qaz ixracatçıları kimi bu sahədə yaxşı əməkdaşlıq edirlər. Rusiya ilə belə əməkdaşlıq və məsləhətləşməyə hazırıq" -deyə İran xarici işlər naziri bildirib.
Məhəmməd Cavad Zərif sonda əlavə edib: Regionun bütün ölkələri terrorizm və radikallıqla mübarizə aparmalı və sülhün bərqərar edilməsi və vəziyyətin stabilləşməsinə kömək etməlidirlər.

Teqlər