ABŞ hava limanlarında terror qrupları ilə bağlı onlarla nəfər işə götürülüb
İyun 10, 2015 06:30 Asia/Baku
-
ABŞ hava limanlarında terror qrupları ilə bağlı onlarla nəfər işə götürülüb
ABŞ hava limanlarında terror qrupları ilə bağlı onlarla nəfər işə götürülüb.
Frans-Press-in məlumatına görə, Amerika Nəqliyyatın Təhlükəsizliyinin Təmini Təşkilatı dünən terror qrupları ilə bağlı onlarla nəfərin ABŞ hava limanlarında işə götürülməsi xəbərinin yayılmasından sonra kəskin tənqidlərə məruz qalıb.Amerika Təhlükəsizlik Təftişi Təşkilatının baş direktoru Con Rot ABŞ konqresinə ünvanlanmış yeni bir hesabatda bildirib ki, terrorçuluqla bağlı təqribən 73 nəfər hava limanlarının seçim senzurasından keçməyə və bu ölkənin hava limanlarında işə götürülməyə müvəffəq olub.
Rot əlavə edib ki, bu məsələ işəgötürmə zamanı şəxslərin məlumatlarının əldə olunmasında təhlükəsizlik qüvvələrinin lazımi ixtiyarlarının olmaması və qanun zəifliyinə görədir.
Teqlər