7-lər qrupunda Obamanın Əlibadiyə laqeydliyi
https://azeri.sahartv.ir/news/dünya-i194698-7_lər_qrupunda_obamanın_Əlibadiyə_laqeydliyi
Almaniyada 7-lər qrupunun sammitində ABŞ prezidentinin İraqın baş nazirinə məhəl qoymaması haqda təsvirlərin yayılması Ağ Evi reaksiyaya məcbur edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 14:14 Asia/Baku
  •  Əlibadi və Obama
    Əlibadi və Obama

Almaniyada 7-lər qrupunun sammitində ABŞ prezidentinin İraqın baş nazirinə məhəl qoymaması haqda təsvirlərin yayılması Ağ Evi reaksiyaya məcbur edib.

IRIB-nin Frans-Press-ə istinadlı məlumatına görə, Ağ Evin sözçüsü bu etikadan uzaq davranışı əsaslandıraraq, Obamanın narsizminə yönəlmiş tənqidləri mənasız adlandırıb və deyib ki, Obama və Əlibadi bu iclasda bir neçə dəfə görüşüblər.
7-lər qrupunun sammitinin kənarında Heydər Əlibadi Obamanın arxasını ona çevirdiyi bir halda onunla danışmağa çalışır, amma Obamanın laqeydliyi ilə üzləşir.
Bundan öncə ABŞ-ın müdafiə naziri Eşton Karter də qalmaqallı bir ifadədə İraqın Əlrəmadi şəhərinin süqut etməsinin dəlilini iraqlıların iradəsizliyi adlandırmışdı. Bu ifadə sonradan qalmaqala səbəb oldu.