Abdulla Gül Türkiyə baş naziri vəzifəsini qəbul etmək üçün şərt qoydu
İyun 15, 2015 05:08 Asia/Baku
-
Abdulla Gül Türkiyə baş naziri vəzifəsini qəbul etmək üçün şərt qoydu
Türkiyənin sabiq prezidenti baş nazir vəzifəsi və bu ölkədə koalisiya hökumətinin təşkilini qəbul etməyi prezidentin parlamentin fəaliyyətlərinə müdaxilə etməməsi ilə şərtləndirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Abdulla Gül bazar günü deyib: Türkiyənin parlament sistemi bu ölkə prezidentinə heç bir vəchlə parlamentin məsələlərinə müdaxilə etmək icazəsi verməyəcək.Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə Türkiyənin hökumət sistemini parlament üsul-idarəsindən prezidentlik üsul-idarəsinə keçirmək üçün səylərə başlayıb.
Təhlilçilər bu qənaətdədirlər ki, Ərdoğan Ədalət və İnkişaf Partiyasının son parlament seçkilərində zəif nəticə əldə etməsinə baxmayaraq, hələ də öz planını irəlilətmək və prezidentin səlahiyyətlərini artırmaq ardıncadır.
Teqlər