İyun 15, 2015 10:23 Asia/Baku
  • Vaşinqton uzun müddətə Rusiya əleyhinə sanksiyaların təsiri barəsində nikbindir
    Vaşinqton uzun müddətə Rusiya əleyhinə sanksiyaların təsiri barəsində nikbindir

ABŞ-ın BMT-dəki nümayəndəsi yeni açıqlamasında iddia edib ki, Rusiya əleyhinə sanksiyalar uzun müddətə Putinin hesablamalarını dəyişdirə bilər.

Səhər Beynəlxalq Televiziyasının CNN-ə istinadla verdiyi məlumata görə, Samanta Pover Ukrayna böhranı və ABŞ-ın rəsmi Kiyevə hərbi yardım etməsi barəsində deyib: Vaşinqton bütün əlaqədar tərəflərin imzaladıqları Minsk anlaşmasını diqqət mərkəzində saxlayır. Belə ki, Rusiya Federasiyası və bu ölkə prezidenti Vladimir Putin də həmin anlaşmanı imzalayıb və bu anlaşmanın icrası əsas rol oynayır.
Pover əlavə edib: Elə buna görə ümidvaram ki, avropalılar Rusiya əleyhinə sanksiyaları davam etdirəcəklər. Belə ki, Putin daha da təcrid olacaq və bu, Rusiyaya çox baha başa gələcəkdir.
Samanta Pover əlavə edib: Sanksiyaların təsir göstərməsi zamana ehtiyaclıdır. Belə ki, Putinin hesablamalarında dəyişiklik yarada bilsin. Diqqət yetirmək lazımdır ki, sanksiyalar Rusiya iqtisadiyyatına geniş təsir göstərmişdir.
Pover deyib: Ukraynanın şərqi barəsində yekun məqsəd budur ki, Minsk anlaşması icra olunsun. Çünki Krımın məsələsi tamamilə aydındır və BMT xəritələri dəyişməməlidir. Krım Ukraynanın ərazisidir və belə də qalacaqdır.
ABŞ-ın BMT-dəki nümayəndəsi iddia edib: Ukraynada geniş islahatlara başlanıb ki, bu ölkənin iqtisadiyyatı yenidən dirçəlsin və iqtisadi və dövlət korrupsiyası ilə mübarizə və monopoliyalar aradan qalxsın.

Teqlər