Putin: Rusiyanın nüvə cəbbəxanaları güclənəcək
https://azeri.sahartv.ir/news/dünya-i194939-putin_rusiyanın_nüvə_cəbbəxanaları_güclənəcək
Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ Şərqi Avropada ağır hərbi silahları və təchizatları yerləşdirmək üzrə öz qərarını icra etdiyi halda, Moskva bu hərəkətin əvəzini çıxacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2015 03:52 Asia/Baku
  • Rusiyanın nüvə cəbbəxanaları güclənəcək
    Rusiyanın nüvə cəbbəxanaları güclənəcək

Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ Şərqi Avropada ağır hərbi silahları və təchizatları yerləşdirmək üzrə öz qərarını icra etdiyi halda, Moskva bu hərəkətin əvəzini çıxacaq.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya prezidenti bildirib: Moskva bu il 40-dan çox qitələrarası yeni ballistik raketi öz nüvə cəbbəxanasına əlavə edəcək.
Rusiya prezidenti Vladimir Putin bu xəbəri elə bir halda elan edib ki, bir gün öncə bir rus müdafiə rəsmisi Şərqi Avropa və Baltik ətrafında ağır silahların yerləşdirilməsi ilə bağlı ABŞ-ın planını Amerikanın Rusiyaya qarşı soyuq müharibə dönəmindən indiyə qədər ən hücum xarakterli hərəkəti adlandırıb.
Putin Rusiyada keçirilən silah və hərbi təchizat sərgisində deyib: Hətta ən modern raket müdafiə sistemlərinə qələbə çala biləcək 40 qitələrarası ballistik raket cari ildə Rusiyanın nüvə silahları cəbbəxanasına əlavə olunacaq.
Qeyd edək ki, Ukrayna böhranına görə Rusiya ilə ABŞ arasında gərginlik hələ də yüksək həddədir və Vaşinqton və Moskvanın bir sıra digər məsələlər üzərində də ixtilafları vardır.