Yəmən sülh müzakirələri cümə gününədək uzadılıb
İyun 18, 2015 04:41 Asia/Baku
-
Yəmən sülh müzakirələri cümə gününədək uzadılıb
Media mənbələri xəbər veriblər ki, Yəmən sülh müzakirələri cümə gününədək uzadılıb.
Səhər kanalının məlumatına görə, iki gün bundan öncə Cenevrədə başlanmış Yəmən sülh danışıqları sabahadək uzadılıb. Cenevrədəki diplomatik mənbələr deyiblər ki, yəmənlilərin Cenevrədəki müzakirələri vaxtının uzadılması imkanı mövcuddur və ehtimal üzrə şənbəyədək uzadılacaq.Müzakirələrin başlanmasından iki günün keçməsilə müzakirə tərəfləri hələ birbaşa müzakirəyə hazır deyillər.
Belə bir halda, BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd Əlşeyx Əhməd deyib ki, atəşkəs barədə razılıq zərurət daşıyır.
Cenevrədəki bir mənbə deyib ki, müzakirə tərəfləri atəşkəsin vacibliyi barədə ümumi razılığa malikdirlər, amma hələ onun zamanı və detalları haqda razılığa gəlməyiblər.
Teqlər