ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib
https://azeri.sahartv.ir/news/dünya-i194975-abŞ_da_silahlı_şəxs_kilsədə_8_nəfəri_qətlə_yetirib
ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2015 05:10 Asia/Baku
  • ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib
    ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib

ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə The State nəşri məlumat yayıb.

Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.

Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub.