Ərəbistan Yəmənə hücumlarında qadağan olunmuş bombalardan istifadə edir
İyun 19, 2015 09:22 Asia/Baku
-
Ərəbistan Yəmənə hücumlarında qadağan olunmuş bombalardan istifadə edir
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlar həyata keçirib.
Əl-Aləm kanalının məlumatına görə, Ali-Səud rejiminin qırıcıları Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətində əl-Məzrəq düşərgəsini kaset bombaları ilə hədəfə alıblar.Ərəbistan qırıcıları həmçinin, Həccə vilayətində Midi şəhərini 3 dəfə bombardman ediblər.
Sədə vilayətində yerləşən Razəh şəhərinə qarşı hücumlarda isə Bəni Məin məntəqəsində yerləşən bir yaşayış massivi hədəfə alınıb.
Ərəbistan qırıcıları bu gün səhər Yəmənin paytaxtı Sənanın cənubunda, əl-Səvad düşərgəsini 3 dəfə hədəfə alıblar. Hələ ki, Ərəbistanın bu gün səhər Səna və onun ətraf məntəqələrinə olan hücumlarının insan tələfatı barədə məlumat yayılmayıb.
Teqlər