Rusiyanın Qazprom Neft şirkəti İran ilə əməkdaşlığa maraqlıdır
https://azeri.sahartv.ir/news/dünya-i195079-rusiyanın_qazprom_neft_şirkəti_İran_ilə_əməkdaşlığa_maraqlıdır
Rusiyanın "Qazprom Neft" şirkəti bu şirkətin İran ilə əməkdaşlığa maraqlı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2015 05:55 Asia/Baku
  • Rusiyanın Qazprom Neft şirkəti İran ilə əməkdaşlığa maraqlıdır
    Rusiyanın Qazprom Neft şirkəti İran ilə əməkdaşlığa maraqlıdır

Rusiyanın "Qazprom Neft" şirkəti bu şirkətin İran ilə əməkdaşlığa maraqlı olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Rusiyanın "Qazprom Neft" şirkətinin idarə heyətinin sədri Aleksandr Dyukov bazar günü jurnalistlərə verdiyi açıqlamada İran ilə əməkdaşlığın bütün şirkətlər üçün maraqlı olduğunu bildirib və deyib: Qazprom Neft şirkəti də İran ilə əməkdaşlığa maraqlıdır.
Dyukov bu qənaətdədir ki, İrana qarşı sanksiyaların ləğv ediləcəyi təqdirdə dünya bazarına daha artıq neft daxil olmuş olacaq. Amma, bu məsələ dünya bazarında neftin qiymətinə təsir göstərməyəcək.
Rusiyanın Qazprom Neft şirkəti illik olaraq 66 milyon ton neft istehsal edir. Şirkət rəsmiləri son bir ildə sanksiyaların ləğv ediləcəyi təqdirdə İran ilə enerji sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər.