İyun 22, 2015 14:21 Asia/Baku
  • ABŞ Rusiyanı qınadı
    ABŞ Rusiyanı qınadı

ABŞ-ın müdafiə naziri deyib: Rusiya Vladimir Putinin rəhbərliyi altında geriləyəcək.

PressTV-nin məlumatına görə, ABŞ-ın müdafiə naziri Eşton Karter bazar günü Avropaya bir həftəlik turnesinə başlamazdan öncə jurnalistlərə verdiyi açıqlamada deyib: Amerika bu qənaətdədir ki, Rusiya Putinin prezidentliyi dövründə hər gün daha artıq geriləyəcək.
K.Eşton həmçinin deyib: Putinin Rusiyanın prezidenti olduğu zamana kimi bu ölkədə hansısa dəyişikliyin baş verməsini gözləmək olmaz.
ABŞ-ın müdafiə naziri həmçinin, Putin və onun Şərqi Avropadakı rəftarlarını sual altına apararaq, onun Rusiyanın nüvə arsenalını genişləndirmək niyyətində olmasını tənqid edib.
Rusiya və Qərb arasında gərginliyin artmasının ardınca Vladimir Putin deyib: Rusiya ordusunun ixtiyarına veriləcək yeni raketlər istənilən növ raket əleyhinə izləmə sistemindən yayınmağa qadirdir.
ABŞ dövlət katibi də Putinin bu sözlərinə reaksiya olaraq, deyib: Moskvanın öz raket arsenalına daha 40 qitələrarası billistik raket əlavə etməsi nüvvə cəbbəxanasının kiçildilməsi üzrə 1991-ci ildə iki tərəf arasında imzalanan anlaşmaya ziddir.

Teqlər