İyun 28, 2015 09:35 Asia/Baku
  • Rusiya Amerikanın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın funksiyasını tənqid edib
    Rusiya Amerikanın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın funksiyasını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: ABŞ-ın başçılıq etdiyi koalisiya terror qruplaşması ilə ciddi mübarizə aparmır.

Səhər Beynəlxalq Televiziyasının Rossiya Seqodnya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya XİN-in bəyanatında bildirilir: Amerikanın başçılıq etdiyi İŞİD əleyhinə koalisiyanın yaradılmasından 1 ildən çoxdur ki, keçir. Bununla belə bu terror qruplaşması ilə mübarizədə əsas yük hələ də Suriya ordusu və kürd silahlı könüllülərinin üzərindədir.
Bu bəyanatda əlavə olunur: Bu məsələnin səbəbi qərb şərikləri tərəfindən ikili standartların tətbiq olunması və terrorizmlə mübarizədə beynəlxalq əsas prinsiplərin görməməzliyə vurulması, o cümlədən Dəməşqlə münasib koordinasiyadan çəkinilməsidir.
Rusiya XİN bu bəyanatda Suriya məsələsində bu ölkənin hakimiyyət hüququ, birliyi və ərazi bütövlüyünü vurğulayıb və diplomatik yollarla Suriya böhranına son qoyulmasını qeyd edib.

Teqlər