İyun 30, 2015 10:49 Asia/Baku
  • Ermənistanda etirazlar davam edir
    Ermənistanda etirazlar davam edir

Ermənistan paytaxtı İrəvanda hökumət əleyhinə etirazlar davam edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ötən gecə etirazçılar bir daha paytaxt küçələrində elektrik enerjisi taariflərinin bahalaşmasına etiraz edib və ölkədə elektrik enerjisinin qiymətinin artması proqramının tam şəkildə ləğv edilməsini istəyiblər.
Etirazçılar həmçinin tələbləri reallaşana qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
İrəvan polis rəisinin müavini Valeri Osipyan ötən bir neçə gündəki etiraz xarakterli aksiyaları qeyri-qanuni adlandırıb və İrəvanda aksiyaların dərhal dayandırılmasını tələb edib.
Bildirildiyinə görə, etirazçılar ikinci həftə ardıcıl olaraq İrəvanın əsas küçələrini bağlayıb və Ermənistan prezident Serj Sarkisyanın elektrik enerjisinin qiymətinin bahalaşmasına yenidən baxılması üzrə vəd verməsinə baxmayaraq, etiraz aksiyaları davam edib.
Polisin aksiyanı yatırmaq cəhdi baş tutmayıb və bəzi etirazçılar bildiriblər ki, prezidentin vədlərinə nikbin deyillər.

Teqlər