Yunanıstanın AB-a yeni təklifi
İyul 01, 2015 13:20 Asia/Baku
-
Yunanıstanın AB-a yeni təklifi
Yunanıstanın baş naziri Avropa Birliyi Komissiyasının sədri Yunkerin təklif layihəsinə cavabda bu birliklə ixtilafların həlli üçün yeni bir layihə təqdim edib.
IRNA-nın məlumatına görə, Yunanıstanın baş naziri Aleksis Sipras bildirib ki, ölkəsi cari maliyyə böhranı üçün ədalətli və abırlı həll yoluna çatmaq istəyir.O, Yunkerin təklif layihəsinə cavabda Avropa Birliyi ilə ixtilafların həlli üçün bu birliyə məktubla yeni bir layihə təqdim etdiyini bildirib.
Öz borclarından bir milyard 600 milyon avronu dünən Beynəlxalq Valyuta Fonduna qaytarmalı olan Yunanıstan beş ay bundan öncədən borcların ödəniş tərzi barədə beynəlxalq kreditorlarla müzakirələr aparmaqdadır.
Yunanıstanın baş naziri Aleksis Siprasın dövlətinin beynəlxalq kreditorlarla müzakirələrinin uğursuz qalması ilə Avropa Mərkəzi Bankı bu ölkənin banklarını himayə üzrə Yunanıstana daha artıq kreditin ayrılması ilə müxalifətdən xəbər verib.