İŞİD Misir əsgərlərinə hücumun məsuliyyətini qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i195410-İŞİd_misir_əsgərlərinə_hücumun_məsuliyyətini_qəbul_edib
Terrorçu İŞİD qrupu Misir əsgərlərinə hücumun məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2015 16:00 Asia/Baku
  • İŞİD Misir əsgərlərinə hücumun məsuliyyətini qəbul edib
    İŞİD Misir əsgərlərinə hücumun məsuliyyətini qəbul edib

Terrorçu İŞİD qrupu Misir əsgərlərinə hücumun məsuliyyətini üzərinə götürüb.

Fars xəbər agentliyinin məlumatına görə, İŞİD-ə sadiqliyini elan etmiş Ənsari Beytulmuqəddəs terror qruplaşması Sinanın şimalında Misir əsgərlərinə hücumun məsuliyyətini üzərinə götürüb.
Bu gün silahlı hücumçuların Şimali Sina vilayətindəki 15 yoxlama-buraxılış məntəqəsinə qarşı hücumlarında 64 misirli hərbçi həlak olub; 35 silahlı şəxs də Misir ordusu ilə döyüşdə öldürülüb.
Hücumçular bomba qoyulmuş üç avtomobil və ağır texnikadan istifadə edərək, Misir hərbçilərinin mövqelərinə hücum ediblər.