Vyanada Zərif-Kerri müzakirəsi
İyul 03, 2015 08:32 Asia/Baku
İranın xarici işlər naziri Çin və üç avropalı xarici işlər naziri, eləcə də Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru ilə məşvərətdən sonra dünən gecə Vyanada ABŞ-ın dövlət katibi ilə müzakirəyə girib. Bu müzakirələrin mehvəri, əhatəli nüvə razılaşmasına çatmaq üçün ixtilafların həlli olub.
Bu məlumata görə, bu iclasın başlanması ilə texniki ixtilaflar haqda bəhs üzrə öz üç saatlıq iclasını başa çatdırmış İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Amerikanın energetika naziri Ernest Moniz, Zərif-Kerri iclasına qatılıblar.Bundan öncə İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif Çin, Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri- Vank Yi, Loran Fabius, Frank Valter Ştanmayer və Filipp Hamond, eləcə də Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini ilə müzakirə etmişdi.
Avropalı nazirlər dünən gecə Vyananı tərk ediblər, lakin bir daha Avstriyaya qayıdacaqlar.
Bir həftə uzadılmış İranın altılıq ilə nüvə müzakirələrinin yekun dövrünün keçrilməsində məqsəd, əhatəli nüvə razılaşmasına çatmaqdır.