Referendumun nəticələrindən sonra Afina küçələrində etirazlar
İyul 06, 2015 18:02 Asia/Baku
-
Referendumun nəticələrindən sonra Afina küçələrində etirazlar
Sərt iqtisadi qənaət proqramı ilə bağlı referendumun nəticələrinin elan olunması ilə etirazçılar Afina küçələrində etiraz aksiyaları keçirilib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Yunanıstan polisi bildirib ki, etirazçılar Afina şəhərində üsyana qarşı polisə doğru molotov kokteyli atıbl və zibil yeşiklərini yandırıblar.Bu etiraz aksiyaları elə bir halda keçirilir ki, sərt qənaət siyasətlərinin əlyhinə səs verənlər də Afina şəhərinin digər bir hissəsində şənlik ediblər.
Yunanıstanda ötən gün referendum keçirilən müddətdə səsvermə ilə bağlı şikayətin olunması ilə bağlı xəbər yayımlanmayıb.
6,16 milyon Yunanıstan vətəndaşı ötəngünkü referendumda iştirak edib. Bu isə səsvermə hüququna malik olanların 62,5% deməkdir.
Yunanıstan Daxili İşlər Nazirliyi bu gün bildirib: Bazar günkü referendumda bütün səslər sayıldıqdan sonra seçicilərin 61,3% sərt iqtisadi qənaət proqramının icra olunmasına qarşı çıxıb və 38,6% seçici isə bu layihəni dəstəkləyib.
Yunanıstan vətəndaşlarının sərt iqtisadi qənaət proqramının əleyhinə səs verməsi böhrana tuş gəlmiş bu ölkəni Avro zonadan çıxmağa bir addım da yaxınlaşdırıb.
Yunanıstan və beynəlxalq maliyyə qurumları islahat qarşılığında pul anlaşması üzərində ciddi fkir ayrılığına malikdirlər.
Yunanıstan əlavə sərt iqtisadi siyasətlərin icrası qarşılığında yeni amliyyə yardımları almaq istəmir.