2015-in sonuna qədər İngiltərənin Tehrandakı səfirliyi yenidən fəaliyyət göstərəcək
İyul 16, 2015 08:59 Asia/Baku
İngiltərənin xarici işlər naziri bu ölkənin Tehrandakı səfirliyinin cari ilin sonuna qədər yenidən fəaliyyətə başlayacağını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İngiltərə xarici işlər naziri Filip Hamond çərşənbə günü bu ölkənin İcmalar Palatasında ümidvarlıq edib ki, İngiltərənin İrandakı səfirliyi ilin sonuna qədər, yənin təxminən 5 ay ərzində yenidən fəaliyyətə başlayacaq.Hamond həmçinin bu ölkənin maliyyə naziri ilə İranla Altılıq arasında əldə olunan anlaşma ardınca diqqəti cəlb edəcək fürsətlərdən istifadədə ölkəsinin hazırlığı barəsində söhbət edib.
İngiltərə xarici işlər naziri neft və qaz sənayesində investisiyanın yatırılmasını bu fürsətlərdən adlandırıb.