İyul 20, 2015 21:05 Asia/Baku
  • Türkiyədə baş verən partlayışın ardınca böhran qərargahı yaradıldı
    Türkiyədə baş verən partlayışın ardınca böhran qərargahı yaradıldı

Türkiyə baş naziri ölkənin cənubunda baş verən partlayşın ardnca böhran qərargahı yaradıb.

İRİB-nin məlumatına görə, Əhməd Davudoğlu bazar ertəsi günü Şanlı Urfa vilayətində, Suruç məntəqəsində yerləşən Amara mədəniyyət mərkəzində partlayışın törədilməsini qınayıb və təhlükəsizlik qüvvələrinin bu partlayışın amillərini aşkar etmək üzrə səylərinə təkid edib.
Türkiyənin Daxili İşlər Nazirliyi də bir bəyanat yayaraq, bu gün baş vermiş partlayışı bir terror aktı adlandırıb.
Amara mədəniyyət mərkəzindəki partlayış, Sosial Gənclər Dərnəkləri Federasiyasının 300 üzvünün Kobani şəhərinin bərpası üçün ianə toplamaq məqsədilə təşkil etdiyi mərasimin keçirilməsi zamanı baş verib. Bu məlumata görə, partlayış nəticəsində 30 nəfər həlak olub, 100-ə yaxın insan da yaralanıb.
Deyilənlərə görə, Suruçda partlayışın baş verməsindən az sonra Kobanidə də güclü partlayış törədilib. İndiyə kimi heç bir qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib.

Teqlər