İyul 21, 2015 14:47 Asia/Baku
  • İran Türkiyənin cənubunda törədilən terror aktını qınadı
    İran Türkiyənin cənubunda törədilən terror aktını qınadı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin cənubunda Suruç şəhərində baş vermiş terror aktını qınayıb.

İran XİN sözçüsü Mərziyə Əfxəm Türkiyə dövləti və xalqına xüsusilə də hadisə qurbanlarının ailələrinə başsağlığı verərək, deyib: Cinayətkar terror aktı bir daha sübut etdi ki, bu kimi əməlləri törədənlər heç bir prinsipə sadiq deyillər və öz çirkin məqsədlərinə nail olmaq üçün heç bir şeydən çəkinmirlər.
Bazar ertəsi günü Türkiyənin Şanlı Urfa vilayətində, Suruç şəhərində Amara mədəniyyət mərkəzində partlayışın törədilməsi nəticəsində 30 nəfər həlak olub, 104 nəfər isə yaralanıb. Bu partlayış, Kobanidə bərpa işlərinin aparılmasına yardım toplamaq məqsədilə keçirilən mərasim zamanı baş verib. Mərasimdə Sosial Gənclər Dərnəkləri Federasiyasının təqribən 300 üzvü iştirak edirmiş.
Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Suruç şəhərində baş vermiş partlayışı bir terror aktı adlandırıb.

Teqlər