Nyu-Cersi ştatında polis zorakılığına qarşı yürüş
İyul 26, 2015 10:40 Asia/Baku
-
Nyu-Cersi ştatında polis zorakılığına qarşı yürüş
Şahidlər bu gün Amerikanın Nyu-Cersi ştatında bir qrup vətəndaşın polis zorakılığına qarşı aksiya keçirdiyini bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, etirazçılar Nyu-Ark şəhərində bir yerə toplaşıb və Amerikada etnik və iqtisadi bərabərsizliyə qarşı şüarlar veriblər.Bu etiraz aksiyası həmin ştatda polis təcridxanasında həbsdə olarkən afrika əsilli qadın Sandra Blandın ölümündən sonra keçirilib.
Blandın cəsədi həbsdən 3 gün sonra Texas ştatında kamerada aşkarlanıb. O əhəmiyyəti az olan yol qəzasına görə həbs olunmuşdu.