Ukrayna BQXK-dan kömək istədi
İyul 26, 2015 06:11 Asia/Baku
-
Ukrayna BQXK-dan kömək istədi
Ukrayna prezidenti Beynəlxalq Qırmızı Xaç Komitəsinin kömək etməsini istəyib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Pyotr Poroşenko şənbə günü Beynəlxalq Qırmızı Xaç Komitəsindən Ukranın cənub-şərq bölgələrində müxaliflərin əsirliyində olan məhbusların azad edilməsi üçün səy göstərməsini istəyib.Ukrayna prezidenti həmçinin Donbasda Beynəlxalq Qırmızı Xaçç Komitəsinin xilasetmək mərkəzlərinin yerləşdirlməsinin vacibliyini vurğulayıb.
Poroşenko deyib: Bu addımla Donbas əhalisi üçün ərzaq və dərman almaq imkanı yaranacaqdır.
BMT-nin hesablamasına görə, Ukraynada vətəndaş müharibəsi 2014-cü ildən indiyə qədər təxminən 6500 nəfərin ölümünə səbəb olub.
Teqlər