İrəvanın mərkəzində oturaq etiraz aksiyası keçirilib
İyul 28, 2015 13:00 Asia/Baku
-
İrəvanın mərkəzində oturaq etiraz aksiyası keçirilib
Ermənistanın paytaxında bir qrup fəal oturaq etiraz aksiyası keçirib.
FaktXəbər-in verdiyi məlumata görə, «Qalx, Ermənistan» hərəkatının 3 fəalı 3 saatlıq cəhddən sonra polis zəncirini qıraraq, İrəvanın mərkəzindəki Respublika meydanındakı ovalda əyləşə bilib. Polislər onları əl-ayaqlarından tutaraq, cəld oradan çıxarıblar. Meydanda onlarla fəal və sıravi vətəndaş aksiyaçılara qoşulub. Hərəkatın üzvləri məhz ovalda 72 saatlıq oturaq aksiya elan ediblər.Mənbə qeyd edir ki, «Qalx, Ermənistan» təşəbbüskarları elektrik tariflərinin bahalanmasının tam ləğv olunmayacağı təqdirdə, dünəndən bir sıra etiraz aksiyalarına start verəcxəklərini bildirmişdilər.