Ötən 6 ayda Ukraynanın şərqində 160-dan çox insan həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i196355-Ötən_6_ayda_ukraynanın_şərqində_160_dan_çox_insan_həlak_olub
Ukrayna hökumətinin müxalifləri ötən 6 ay ərzində ordu qüvvələrinin Donetskə hücumlarında 160-dan çox şəxsin öldüyünü bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 13:41 Asia/Baku
  • Ötən 6 ayda Ukraynanın şərqində 160-dan çox insan həlak olub
    Ötən 6 ayda Ukraynanın şərqində 160-dan çox insan həlak olub

Ukrayna hökumətinin müxalifləri ötən 6 ay ərzində ordu qüvvələrinin Donetskə hücumlarında 160-dan çox şəxsin öldüyünü bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Ukrayna hökuməti müxalifləri cümə günü bildiriblər ki, bu hücumlar ötən 6 ay ərzində Horlivka şəhərinə qarşı olub və 164 nəfər həlak olub. Eyni zamanda 500 nəfər, o cümlədən 42 uşaq yaralanıb.
Bu məlumata görə, bu şəhərin 2 min binasına xəsarət dəyib. Binaların 530-dan çoxu yaşayış binası olub.
Ukrayna ordusu qüvvələri cari həftənin əvvəllərində Horlivka şəhərinə hücum etmişdilər.
2014-cü ilin aprel ayının ortalarından Ukraynanın şərqində başlayan qarşıdurmalarda 2015-ci il 24 iyula qədər 6 min 829 nəfər həlak olub və 17 min 64 nəfər yaralanıb.