Avq 05, 2015 13:23 Asia/Baku
  • Liviyanın Sirt şəhəri İŞİD tərəfindən işğal olunub
    Liviyanın Sirt şəhəri İŞİD tərəfindən işğal olunub

Liviyanın müvəqqəti dövlətinin sözçüsü Sirt sahil şəhərinin İŞİD tərəfindən tam şəkildə işğal olunduğunu bildirib.

Əlyəum Əlsabə xəbər portalı Liviyanın müvəqqəti dövlətinin sözçüsü Hatəm Əlrəbii-yə istinadla bildirib ki, Sirt sahil şəhərinin İŞİD tərəfindən tam şəkildə işğal olunmasına və bu şəhərə yanacaq, dərman və qida maddələrinin göndərilməsi sahəsindəki maneələrə görə, Sirt insan böhranı ilə üzləşib.
Əlrəbii Liviyada Fəcr hərbi yarımhərbçilərinin Hilal məntəqəsinə doğru irəliləməsini Sirtin İŞİD tərəfindən qəsb olunmasının amili adlandırıb və bildirib ki, Sirt əhalisi İŞİD-in bu şəhərdə olmasını qəbul etməyib. Bununla belə, bu terror qrupu ilə mübarizə üçün lazımi gücə malik deyil.
Liviyanın müvəqqəti dövlətinin sözçüsü sonra deyib: Yarımhərbçilərin malik olduqları modern silahlar qarşısında Liviya ordusu BMT Təhlükəsizlik Şurasının Liviyaya silah göndərilməsini qadağan edən qətnmalərinə görə, son dərəcə sadə silahlardan istifadə edir.

Teqlər