Türkiyə prezidentinin başına kəklik qondu
Avq 15, 2015 04:22 Asia/Baku
-
Türkiyə prezidentinin başına kəklik qondu
Hacı Hafiz Yusif Yılmaz məscidinin açılışında Türkiyə prezidenti Rəcəb Tayiyib Ərdoğanın başına kəklik qonub.
Türkiyə mediaları xəbər verirlər ki, tikintisi üç il davam edən məscidin layihəsi Ərdoğanın iştirakı ilə hazırlanıb.Ərdoğan özü məscidi “bizim sivilizasiyanın möhürünü daşıyan möhtəşəm tikili adlandırıb”, və onun turist və dindarları cəlb edəcəyinə ümid etdiyini vurğulayıb.
Mərasimin sonunda Türkiyə prezidenti göyərçinlərlə dolu qəfəsin ağzını açıb və quşları azadlığa buraxıb.
Bu zaman dövlət başçısına qəflətən kəklik hücum edib. Lakin mühafizəçilərin köməyi ilə tez bir zamanda kəkliyi prezidentdən uzaqlaşdırmaq mümkün olub.
Teqlər