Ermənistan prezidenti konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib
Avq 22, 2015 05:10 Asia/Baku
-
Ermənistan prezidenti konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib
Ermənistan prezidenti Serj Sarkisyan konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin yanında konstitusiya islahatları üzrə ekspert komissiyası layihənin hazırlanmasını başa çatdırıb.Məlumata görə, Ermənistan prezidentinin parlamentdə konstitusiya islahatları ilə bağlı məsələlər üzrə rəsmi nümayəndəsi, ekspert komissiyasının üzvü Vardan Poqosyan təyin edilib.
Qeyd edək ki, Serj Sarkisyan gələn həftədən respublikadakı siyasi qüvvələrin nümayəndələri ilə konstitusiya islahatları layihəsində yer almış yanaşmalarla bağlı məsləhətləşmələr keçirəcək.
Teqlər