Yəmən olayları; Ərəbistanın hücumu və yəmənlilərin qətiyyətli cavabı
Sen 04, 2015 15:17 Asia/Baku
-
Yəmən olayları; Ərəbistanın hücumu və yəmənlilərin qətiyyətli cavabı
Yəmənin ordusu və xalq komitələri Cizan və Nəcran əyalətlərində Ərəbistan ordusunun bazalarını gülləbaran ediblər.
Yəmən ordusu vurğulayıb ki, bu hücumda bir neçə tank və Ərəbistanın istehkamlarının bir hissəsi məhv edilibdir.Yəmənli mənbələr bildiriblər ki, Yəmən ordusunun raket bölməsi və xalq komitələri misilsiz bir əməliyyatda səudiyyə rejimi muzdurlarının Marəb vilayətinin Safər məntəqəsində toplaşdıqları məkanı hədəfə alıblar.
Belə bir halda, təcavüzkar səudiyyə təyyarələri beş dəfə Səədə vilayətinin Razəh rayonundakı Şəarə məntəqəsində dövlət xəstəxanasını bombalayıblar. Bu bombardmanda bir neçə yəmənli şəhid olub və yaralanıb.
Digər xəbərə görə, Yəmənin Ənsarullah hərəkatı müvəqqəti dövlət kimi Xalid Bihahın dövlətinin Sənaya qayıtması ilə razılaşıb, amma Əbd Rəbbə Mənsur Hadinin geri dönməsi ilə razılaşmayıb.
Yəmənin istefa vermiş baş naziri və istefa vermiş fərari prezidentinin müavini vurğulayıb ki, Yəmən iqtisadi faciə ilə üzləşəcək.
O, deyib: Əgər altı ay bundan qabaq büdcə çatışmazlığından əziyyət çəkirdiksə, hazırda problem Yəməndə iqtisadi faciəyə çevrilibdir.
Teqlər